Vaginoplastika

  • Home
  • Vaginoplastika
Service Image

Vaginoplastika — funksional-estetik əməliyyat olub, estetikanı yaxşılaşdırmağa, hissiyyatı artırmağa və cinsiyyət orqanlarının funksiyalarını bərpa etməyə yönəlib. Uşaqlıq yolunun daraldılmasının məqsədi cinsiyyət orqanlarının cavanlaşdırılması və onların funksiyalarının bərpasıdır. Funksiyalar yaşla əlaqədar, inkişaf anomaliyaları və ya doğuş zamanı alınmış travmalar nəticəsində pozula bilər. Bu problemlər vaginoplastika ilə uğurla həll olunur.

Vaginoplastika spinal anesteziya altında aparılır və 1 saata qədər davam edir. Əməliyyatdan sonra reabilitasiya göstərişdən, funksional pozğunluqların dərəcəsindən, cərrahi müdaxilənin həcmindən, pasientin yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 1 aydan 3 aya qədər çəkir. Bütün bərpa dövrü ərzində həkimin məsləhətlərinə əməl etmək lazımdır. İntim həyatdan, idman və fiziki gərginlikdən uzaq durmaq lazımdır.

Vaginoplastika dayanıqlı nəticə verir — estetik defektləri götürür, cinsi həyatı yaxşılaşdırır, cinsiyyət orqanlarının funksiyalarını tamamilə bərpa edir. Əgər qadın sonralar doğmaq planlaşdırmırsa, nəticə ömür boyu qalır. Doğmamış qadınlar və uşaq doğmağı planlaşdıran pasientlərə vaginoplastika funksional və tibbi xarakterli göstərişlər əsasında aparılır.