
Spiralın taxılması
✅Spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.
🔺Uşaqlıq daxili spiral 5 il olmuşdursa və ya qadında şikayyətlər (qanama, ağrı, ləkələnmə və s.) varsa çıxarılması gərəkir.
🔺Uşaqlıq daxili spiralın çıxarılması üçün xüsusi bir zaman yoxdur, istədiyiniz zaman çıxartdıra bilərsiniz.
🔺Menstruasiya zamanı çıxarılarsa qadın daha az ağrı hiss edər.
🔺Spiral çıxarılmadan 2-3 gün əvvəl artıq qorunmaq lazımdır, çünki spermatazoid uşaqlığın içində 24 saatdan da çox yaşaya bilir.
🔺Buna görə də spiral çıxarmadan sonra cinsi əlaqə olmasada hamilə qalmaq mümkündür.
✅Uşaqlıq daxili spiral kimlərə uyğun deyil?
🔺Menstruasiya düzənsizliyi varsa
🔺Menstruasiya qanaması çox olarsa
🔺Uşaqlığın içində arakəsmə(septum) varsa
🔺Uşaqlıq boşluğunda mioma varsa
🔺Kiçik çanaq orqanlarının infeksiyon xəstəlikləri olarsa

Hamiləlikdən qorunma üsullarından biri də uşaqlıq daxili spiraldır. Spiral yerləşdirməyi düşünən xəstələri maraqlandıran suallardan biri ən əsası spiral çəki artmasına səbəb ola bilərmi sualıdır. Əslində spiralin kökəltmə kimi əlavə təsiri yoxdur. Nəticə etibarilə spiral əks təsirləri ən az olan, ən güvənilən və ən asan hamiləlikdən qorunma üsullarından biridir. Buna görə də, ən çox tövsiyə olunan qorunma üsullarından biri kimi geniş istifadə olunur. Qeyd edək ki, spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.

Hamiləlikdən qorunmaq üçün 2 cür spiral mövcuddur, hormonlu və normal hormonsuz spiral. Çox qadınlar hansı spiral istifadə etməlidirlər deyə düşünürlər. Hormunlu spiralın faydaları:
Hormonlu spiralın yan təsirləri: qanama, baş gicəllənmələri. Hormonlu spiralın digər hamiləlikdən qorunma vasitələrindən görə daha az yan təsiri var,bu baxımdan istifadəsi tövsiyyə olunur.
Bu spiralın çəki artırmaq kimi xüsusiyyəti yoxdur, lakin tərkibindəki hormon progestron olduğundan metabolizmanı bir qədər zəiflədə bilir. Bəzi qadınlarda metabolizm zəifdirsə, hormonlu spiralda bir qədər zəiflədə bilər və çəki azalmaya bilər, əksinə kilo alar. Amma düzgün qidalanma və həyat tərzi (idman və s.) olarsa təbii ki, bu halların yaranması mütləq olmaz.
Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır. Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.
Spiral yerini dəyişdikdə və ya uşaqlıqdan düşdükdə hamiləliyin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu xüsusən aybaşılardan sonra spiralın uşaqlıq boşluğundan qopmuş toxumalar ilə birlikdə tullanması zamanı tez-tez baş verə bilər. Bununla əlaqədar olaraq, spiraldan istifadə edən bütün qadınlara uşaqlıq yolunun dərinliyində spiralın bığcıqlarını əl ilə yoxlayaraq ayda ən azı bir dəfə onun uşaqlıqda olmasını yoxlamaq tövsiyə olunur. Əgər əvvələr siz spiralın bığcıqlarını yaxşı hiss edirdinizsə, indi isə onları daha tapa bilmirsinizsə – ginekoloqa müraciət edin, çünki ola bilər ki, spiral düşübdür və siz bunu hiss etməmisiniz.

Düşükdən bir ay sonra görülən aybaşıda spiral istifadə edilə bilər, ya da uşaqlıq daxilinin təmizliyindən əmin olduqda düşükdən dərhal sonra spiral yerləşdirilə bilər. Düşük sonrasında abort olunubsa ya da istəkli olaraq hamiləliyi sonlandırmaq üçün edilən abortlardan dərhal sonra spiral qoyula bilər. Bəzən abortdan dərhal sonra spiral qoyulmur və bir həftədən sonra qoyulur. Bunun səbəbi uşaqlıq içərisində parçanın olmadığından əmin olmaqdır. Abortda bir ay sonra görülən aybaşı dövründə də spiral qoyulur.
Uşaqlıq daxili spiral Spiral istifadə etmək olar:
Spiral istifadə etmək olmaz: