
Eroziya və kondiloma müalicəsi
🔖 Uşaqlıq boynunun eroziyası qadın cinsiyyət üzvlərində, ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir.
✅Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloq tərəfindən profilaktik tibbi müayinə zamanı aşkar edilir. Bəzi hallarda eroziyası olan qadınlarda cinsi əlaqə zamanı və ondan sonra qan qarışıqlı ifrazatın və ağrının olması, cinsi yollardan ifrazatın artması və s. əlamətlər müşahidə edilə bilər.
Qadında uşaqlıq boynunun eroziyası müəyyən edildikdən sonra həkim ona daha bir neçə müayinə (infeksiyalara görə müayinə, uşaqlıq yolu ifrazatının disbakterioza görə əkilməsi və s.) təyin edərək eroziyanın inkişaf etməsinin səbəbi müəyyən edir.