Kolposkopiya

Service Image

Kolposkapiya
Pap-smear testi hansı hallarda aparılır?

Papanikolau testi və ya Pap-test uşaqlıq boynundan götürülmüş hüceyrə nümunələrinin müayinəsindən ibarətdir.

⚢Pap-smear testinə nə vaxt başlamaq lazımdır?

Pap-smear testi sadə və sürətli bir müayinə metodudur.

Müayinəyə ilk cinsi münasibətdən 3 il sonra və ya 21 yaşından sonra başlanılır. Son elmi yanaşmalara görə 21-29 yaş arası 3 ildə bir, 30-65 yaş arası 5 ildə bir dəfə HPV testi ilə birlikdə (co-test) tətbiqi məsləhət görülür. Lakin uşaqlıq boynunun xərçəngi son zamanlar "cavanlaşdığına" görə hər bir qadın ildə 1 dəfə Pap-testdən keçməlidir.

👼Hamilələrdə hamiləliyin ilk 3 ayında smear alına bilər. Uşaqlıq boynu xərçənginin qarşısının alınması ən düzgün və sadə yolu mütəmadi olunan PAP smear testləridir ( ildə 1 dəfə verilməli )

❗Smear testində hər hansı anormallıq aşkar edilərsə kolposkopiya ilə biopsiya alınaraq diaqnoz dəqiqləşdirilir.

Kolposkopiya müayinəsi 🔺

Kolposkopiya müayinəsi köməyi ilə uşaqlıq boynunda və uşaqlıq yolundakı xərçəng önü və xərçəng dəyişikliklərini aşkar etmək mümkün olur. Kolposkopiya proseduru xüsusi alətin – kolposkopun köməyi ilə həyata keçirilir.

Kolposkopiya kimə təyin edilə bilər👇

✅Baxış zamanı uşaqlıq boynunun şübhəli dəyişiklikləri aşkar edildikdə
✅Uşaqlıq boynunun iltihabı (servisit) varsa
✅Uşaqlıq boynunun polipləri aşkar edildikdə
✅Genital ziyil (kondiloma) aşkar edildikdə

 

Kolposkopiya
Kolposkopiyaya göstərişlər:

✨uşaqlıq boynu yaxmasında xoşagəlməz hüceyrə dəyişiklikləri;

✨xərçəngə və digər xəstəliklərə, məsələn, itiuclu kondilomaya şübhə;

✨insanın papilloma virusu analizində müsbət cavab;

✨40 yaşından yuxarı qadınlarda cinsi əlaqədən sonra qanaxma;

✨menstruasiya olmayan dövrdə qanaxma;

✨uşaqlıq boynunun xroniki iltihabi prosesləri;

✨uşaqlıq yolundan ifrazat və qaşınma;

✨qarnın aşağısında uzunmüddətli ağrılar.