
Hamiləliyin təqibi
Hamiləlik zamanı hormonal balansın dəyişməsi və qanda yeni ifraz olunan proteinlərin təsirindən dəri xəstəlikləri yarana bilər. Hamiləliyin dəri xəstəlikləri müxtəlifdir. Hər birinin özünəməxsus klinik əlamətləri və müvafiq müalicələri vardır.
Hamiləlikdə dəri səpgiləri müxtəlif xarakterdə ola bilər.
🔹Səpgisiz qaşıntılar
🔹dəridə quruluq
🔹qabıqlı qızartılar
🔹qaşıntılı qızartılar
🔹ovuclarda qaşıntı
🔹ayaq altında qaşıntı
🔹dəridə su qabarcıqları və bulyoz səpgilər
🔹qaşıntılı köpəşmələr hamiləliyin dəri xəstəlikləri ilə əlaqəli meydana gələ bilər.
Xüsusən hamiləlikdə allergik xəstəliklər sıx görülən problemdir.