
Vaginizm
Vaginizmin diaqnostikası şikayətlər və anamnezin toplanması, obyektiv müayinələrin əsasında qoyulur. Qadının fiziki və cinsi inkişafının xüsusiyyətləri, cinsi əlaqəyə münasibəti, hazırkı cinsi həyatın təfsilatı araşdırılır.
Bundan əlavə istifadə olunan kontraseptik vasitə, hamiləliyin planlaşdırılması, uşaqlıq yoluna yad cismin daxil olması zamanı yaranan ağrı hissinin xarakteri dəqiqləşdirilir.
Vaginizm
Vaginizmi aşağıdakı xəstəliklərdən fərqləndirmək lazımdır:
⦁ Cinsi istəksizlik (koitofobiya);
⦁ Psevdovaginizm (ağrı qiciqlandırıcısına reaksiya kimi əzələlərin mexaniki yığılması);
⦁ Uşaqlıq yolunun anatomik anomaliyaları;
⦁ Cinsiyyət orqanlarının xəstəlikləri (kolpit, genital herpes, bartolinit, çapıqların olması
Vaginizmin malicəsinə başlamazdan öncə onun səbəblərini və xəstəliyin mərhələsini araşdırmaq lazımdır.